Bank Of Baku

Budapeşt kitabxanasında “Azərbaycan kitabxanada” adlı tədbir keçirilib

Budapeşt kitabxanasında “Azərbaycan kitabxanada” adlı tədbir keçirilib
# 17 fevral 2010 09:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Macarıstanın Szabo Ervin adına Budapeşt şəhər Kitabxanasında “Azərbaycan kitabxanada” adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabxanada macar dilində nəşr edilmiş və Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablar nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar da oxucuların marağına səbəb olub. Kitabxanada Bakı şəhərinin təsvirlərindən ibarət sərgi də təşkil olunub, iki xalq arasındakı tarixi qohumluq kökləri haqqında məlumat verilib. Sərginin fevralın sonuna qədər davam edəcəyi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR