Bank Of Baku

Bakıda ilk dəfə olaraq Milli Teatr Festivalı keçiriləcək

Bakıda ilk dəfə olaraq Milli Teatr Festivalı keçiriləcək
# 17 fevral 2010 13:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin fevralın sonlarından başlayaraq Bakıda ilk dəfə olaraq Milli Teatr Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edəcək. Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdiriləcək. Festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. İ. Hümbətov bildirib ki, tədbirlərin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradılıb və tənqidçilər qrupunun tərkibi təsdiq edilib. Festivalın tənqidçilər qrupunda sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, sənətşünaslıq namizədi Aydın Talıbzadə, dramaturq Əli Əmirli, dramaturq Elçin Hüseynbəyli, gənc tənqidçi Vəfa Mühacirova təmsil olunublar.

Teatr Festivalı çərçivəsində fevral və mart ayında Gəncə Dövlət Dram Teatr kollektivini ifasında Elçinin “Ölüm hökmü”, Ə.Əmirlinin “Varlı qadın”, Gəncə Dövlət Kukla Teatrının kollektivinin ifasında R.Həsənlinin “Ağca və Sarıca”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, Şuşa Dövlət Musiqili Dram Teatrının kollkeitivi ifasında Ç.Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş”, E.Abdullayeva “Ağ qayıq”, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivinin ifasında R.Hacıyevin “Talelər qovuşanda”, Ü.Hacıbəylinin “Arşın mal alan” və s. tamaşalar nümayiş olunacaq.

Qeyd edək ki, Milli Teatr Festivalı ölkə başçısının “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi sərəncamına əsasən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR