Bank Of Baku

Azərbaycanla əlaqədar qırğız və rus dilində çap edilmiş kitablar Qırğızıstanın ali məktəblərində tədris ediləcək

Azərbaycanla əlaqədar qırğız və rus dilində çap edilmiş kitablar Qırğızıstanın ali məktəblərində tədris ediləcək
# 18 fevral 2010 03:49 (UTC +04:00)
Bakı-APA. Bu ayın əvvəlində Bişkekdə Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən çap edilmiş Azərbaycanla bağlı kitabların təqdimatı keçirilərkən mərasim iştirakçıları bu nəşrlərin Qırğızıstanın ali məktəblərinin tədris proqramında istifadəsi üçün təhsil naziri Abdulda Musayevə müraciət unvanlayıblar. Bu barədə APA AzərTAc-a istinadən xəbər verir.

Fevralın 17-də Qırğızıstanın elm və təhsil nazirinin müavini Boris Kubayevin Fondun sədri Nüsrət Məmmədova ünvanladığı məktubda deyilir: “Gənc nəslin təlim-tərbiyəsindəki müstəsna əhəmiyyətini nəzərə alaraq tanınmış yazıçı və pedoqoq Mir Cəlal Paşayevin qırğız dilində işıq üzü görmüş “Bir gəncin manifesti” povestinin, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində çap edilmiş “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi” əsərinin, Qafar Əliyevin ulu öndər Heydər Əliyev haqqında rus dilində buraxılmış “Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı” kitabının, professor Aqil Hacıyevin “19-cu əsrin birinci yarısında rus ədəbiyyatında Qafqaz mövzusu” monoqrafiyasının ölkənin ali məktəblərində tədris olunması tövsiyə edilib”.

Xatırladırıq ki, ulu öndərin həyat və fəaliyyəti, 20 Yanvar və Xocalı faciələri və digər məsələləri əhatə edən bu kitablar Azərbaycan həqiqətlərinin Qırğızıstan ictimaiyyətinə çatdırılması üçün əvəzsiz mənbədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR