Bank Of Baku

Rusiyanın Beynəlxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Azərbaycana dəvət olunub

Rusiyanın Beynəlxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Azərbaycana dəvət olunub
# 18 fevral 2010 08:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Kitabxana sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasından tanınmış mütəxəssis, Beynəlxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Kirril Sokolinski Azərbaycana dəvət olunub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Sokolinskinin Bakıya səfəri zamanı ölkə kitabxanaçıları üçün elektron kataloq, elektron kitabxanalar, kitabxanaların elektron resurslarının İnternet qlobal şəbəkəsinə çıxarılması sahəsində 5 günlük treninqlər keçiriləcək. Treninqlərdə Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir şəhər, Goranboy, Şamaxı, Hacıqabul, Neftçala, Sabirabad, Qəbələ, Sabirabad, Salyan, Ağdaş, Qax, Quba, Zərdab rayon mərkəzi kitabxanalarının kitabxanaçıları iştirak edəcəklər. Bundan başqa, treninqlərdə “Prezident Kitabxanası”, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları da iştirak edəcəklər.
Treninqlərdə sənədlərin elektron çatdırılması, veb-saytlar, onların yaradılması və internet qlobal şəbəkəsində yerləşdirilməsi, veb-saytlara əlavə və dəyişikliklərin edilməsi, WEB İrbisin əsas funksiyaları, Apache proqramının quraşdırılması, biblioqrafik bazaların yaradılması, Z39.50 şlyuzunun tətbiqi və s. məsələlər tədris olunacaqdır.
Treninqlər 22 – 25 fevral tarixlərində C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçiriləcək. Treninqin sonuncu günü iştirakçılara sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR