Bank Of Baku

Heydər Əliyev Sarayında keçiriləcək “Telli sazın meydanı” adlı konsertin biletləri satışa çıxarılıb

Heydər  Əliyev Sarayında keçiriləcək “Telli sazın  meydanı” adlı konsertin biletləri satışa çıxarılıb
# 18 fevral 2010 13:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 3-də Heydər Əliyev Sarayında “Telli sazın meydanı” adı altında Azərbaycan aşıqlarının konserti keçiriləcək. Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, konsertdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, əməkdar incəsənət xadimi aşıq Ədalət Nəsibov iştirak edəcəklər. Konsert Azərbaycan Aşıqlar Birliyi və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçiriləcək. Üç saatlıq konsert proqramında aşıq Tural Bağırov, aşıq İlham Aslanbəyli, aşıq Şirin Şirinzadə, aşıq Solmaz Kosayeva, aşıq Könül Möhlətqızı, aşıq Yaşar Gülümcanov, aşıq Hacı Bayramov, aşıq Səyyad Pənahov, aşıq Fətulla Əliyev, aşıq Həvəskar Qurbanov, aşıq Səlim Abdullayev, aşıq Telli Borçalı, aşıq Mehdi Məsimov, aşıq Ramin Qarayev, aşıq İsrail Həsənov, aşıq Mayis Gəncəli, aşıq Avdı Musayev, aşıq Rasim Qayıbov, aşıq Əhliman Allahverdiyev, aşıq Qələndər Zeynalov, aşıq Şöhrət Kərimov, aşıq Ulduz Quliyeva, aşıq Ədalət Dəlidağlı, aşıq Firudin Kərimov, aşıq Abbas Musaxanoğlu, aşıq Ağamurad İsrafilov, aşıq Əli Quliyev, aşıq İlqar Həsənov, aşıq Samirə Əliyeva, aşıq Eldar Həsənoğlu, aşıq Zülfiyyə İbadova, aşıq Elçin Musayev, aşıq Azər Xanlaroğlu, aşıq Rakif İsmayılov, aşıq Məhəmməd Əsgərov, aşıq Gülarə Azaflı, aşıq Sarvan Əliyev, aşıq Sovqat İsmayılov, aşıq Elman Mehdiyev, balabançılar Sərdar Məmmədov və İbadət Allahverdiyev çıxış edəcəklər. Biletlərin qiyməti 10 – 30 manat arasındadır. A. Fərəczadə deyib ki, artıq konsertin biletləri satışa çıxarılıb.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR