Bank Of Baku

Qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri yaradılacaq

Qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri yaradılacaq
# 18 fevral 2010 14:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri yaradılacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, Dövlət Reyestrinin yaradılmasında məqsəd Azərbaycanın qədim və rəngarəng qeyri-maddi mədəni irsinin qorunması, bərpası və istifadəsi, milli diyarşünaslığın (adət-ənənə, mərasim, şifahi xalq yaradıcılığı, xalq oyunları), folklor (xalq musiqisi və rəqsləri, xalq teatrı) və sənətkarlığın (xalq tətbiqi, dekorativ və təsviri sənətləri) dəstəklənməsi işinin təkmilləşdirilməsidir.

Artıq mədəniyyət və turizm nazirinin əmri ilə nazirliyin nəzdində Qeyri-maddi mədəni irs nümunələrinin inventarlaşdırılması və identifikasiyası üzrə Şura yaradılıb. Nazir Əbülfəs Qarayevin sədrlik etdiyi şuranın tərkibinə tanınmış mədəniyyət, elm və təhsil xadimləri, görkəmli alimlər, mütəxəssislər, habelə nüfuzlu ziyalılar daxil edilib. Fevralın 18-də şuranın ilk iclası keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR