Bank Of Baku

TÜRKSOY KİV sahəsində ilk mükafatlarını təqdim edib

TÜRKSOY KİV sahəsində ilk mükafatlarını təqdim edib
# 19 fevral 2010 08:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. TÜRKSOY-un fəaliyyətini aktiv işıqlandıran KİV nümayəndələri üçün təsis olunan ilk mükafatlar təqdim edilib. APA-nın məlumatına görə, Ankarada keçirilən təqdimat mərasimində təşkilatın baş direktoru Düsen Kaseinov, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı, Türkiyə mədəniyyət nazirinin müşaviri İsmət Yılmaz, diplomatik korpusun təmsilçiləri və media nümayəndələri iştirak edib. Mükafat alanlar arasında TRT, “Anadolu” agentliyi ilə yanaşı, “Az TV” və “AzərTAC”, həmçinin Rusiyanın İTAR-TASS agentliyi də var.

D. Kaseinov bildirib ki, türkdilli xalqlar arasında əməkdaşlığın inkişafına yönəlmiş mədəni hadisələrin işıqlandırılmasında və gələcək nəsillərə müştərək mənəvi dəyərlərin çatdırılmasında jurnalistlər vacib rol oynayır: “Biz mətbuatla mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq etməkdən şadıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR