Bank Of Baku

Aşıq muzeyi, kitabxanası və səsyazma studiyası yaradılacaq

Aşıq muzeyi, kitabxanası və səsyazma studiyası yaradılacaq
# 19 fevral 2010 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda aşıq muzeyi, kitabxanası və səsyazma studiyası yaradılacaq. APA-nın məlumatına görə, bunu Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub deyib. Birlik sədri bildirib ki, hazırda muzey və kitabxananın hazırlanması ilə bağlı danışıqlar aparılır: “Aşıqlarımızın muzeyinin və kitabxanasının yaradılması olduqca vacib məsələdir. Həmin muzey və kitabxanada Azərbaycanın tarixi köklərə dayanan aşıq sənəti barədə məlumatlar, eksponatlar, eləcə də səsləri yazılmadığı üçün bu günümüzə gəlib çata bilməyən aşıqlar haqqında maraqlı faktlar toplanacaq”.

Z. Yaqub aşıqlar üçün xüsusi səsyazma studiyasının yaradılmasının vacibliyini də vurğulayıb: “Səsyazma studiyasının yaradılması sabah tarixə çevriləcək bu günümüzü lentə aldırmağa, gələcək nəsillərə çatdırmağa imkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR