Bank Of Baku

Bakıda Böyük Britaniyanın “Daş, kağız, qayçı” adlı incəsənət sərgisinin açılışı keçirilib

Bakıda Böyük Britaniyanın “Daş, kağız, qayçı” adlı incəsənət sərgisinin açılışı keçirilib
# 22 fevral 2010 10:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 22-də Azərbaycan Rəssamlıq Akademiyasında “Daş, kağız, qayçı” adı altında “British Council” kolleksiyasında saxlanan incəsənət əsərlərinin sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov sərginin “British Council” Rəssamlıq Akademiyası ilə birgə, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirildiyini deyib. O bildirib ki, incəsənət sərgisində müasir Britaniya incəsənət əsərləri, “British Council”un zəngin və mükəmməl incəsənət kolleksiyası sənətsevərlərin diqqətinə verilir. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerolayn Broun, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov Azərbaycanla Böyük Britaniya arasında qurulmuş əlaqələrdən və qarşılıqlı əməkdaşlıqdan məmnunluq duyduqlarını dilə gətiriblər. “British Council”ın Cənubi Qafqaz Regionu üzrə direktoru Paul Dubleday bildirib ki, “Daş, kağız, qayçı” sərgisinin məqsədi rəssamların iki və üç ölçü arasında qarşılıqlı təsirin necə yaranmasını, həmçinin çap olunan materialların təqdim etdiyi imkanları tədqiq etməkdir. Sərginin nümayişi fevralın 28-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR