Bank Of Baku

“Paytaxtdan bölgələrə” adlı layihə çərçivəsində silsilə sərgilər keçiriləcək

“Paytaxtdan bölgələrə” adlı layihə çərçivəsində silsilə sərgilər keçiriləcək
# 22 fevral 2010 11:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Saatlı, Kürdəmir və Xaçmaz rayonlarında “Paytaxtdan bölgələrə” adlı layihə çərçivəsində silsilə sərgilər keçiriləcək. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, sərgilərin təşkilində məqsəd dövlət rəsm qalereyalarının fəaliyyətinin səmərəliliyinin artırılması, bölgələrdə mədəni mühitin rəngarəng tədbirlərlə zənginləşdirilməsi, əhalinin mədəni istirahətinin təşkili, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, gənc nəslin rəssamlıq sənətinə olan marağının artırılmasıdır. Təşkil olunan sərgilərdə nümayiş etdiriləcək əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilib. Təsdiq olunmuş qrafik üzrə ilk sərginin açılışı fevralın 23-də Salyan Dövlət Rəsm Qalereyasında keçiriləcək. Sərgi Salyanda fevralın 28-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR