Bank Of Baku

Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyası yaradılıb

Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyası yaradılıb
# 22 fevral 2010 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyası yaradılıb. Teatrdan APA-ya verilən məlumata görə, studiyanın yaranmasında əsas məqsəd milli teatr mədəniyyətini təbliğ etmək, teatra kütləvi marağı artırmaq, müasir və milli səhnə sənətinin hərtərəfli inkişafını istiqamətləndirmək, eyni zamanda teatr sənətinə maraq göstərən, xoreoqrafiya, vokal, aktyorluq və musiqi ifaçılığı sahəsində xüsusi bacarığı olan 6 yaşından başlayaraq uşaqları və istedadlı gəncləri teatra cəlb etməkdir. Studiya bu il martın 4-də təqdimat mərasimi keçirəcək.

Studiyanın teatr bölməsində məşğul olan gənclər dramaturq Əmir Pəhlivanın “İstədiyim yar idi...” komediyası ilə peşəkar səhnədə ilk addımlarını atacaqlar. Rəqs bölməsində məşğələlərdə iştirak edən azyaşlı uşaqlar və yeniyetmələr isə milli və klassik rəqslərlə tamaşaçılar qarşısında imtahan verəcəklər. Studiyanın rəhbəri Əminə Musayevadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR