Bank Of Baku

Kuba və Meksikada keçiriləcək Azərbaycan Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyəti açıqlanıb

Kuba və Meksikada keçiriləcək Azərbaycan Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyəti açıqlanıb
# 23 fevral 2010 08:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 2-6 mart tarixlərində Havana şəhərində keçiriləcək Hökumətlərarası Komissiyanın 3-cü iclası zamanı Kuba Respublikasında, habelə 7-12 mart tarixlərində Birləşmiş Meksika Ştatlarında keçiriləcək Azərbaycan Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyəti açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, bu tədbir Azərbaycanın müstəqillik dönəmində mədəniyyət günlərinin keçirildiyi ən uzaq ölkələrdəndir. Kuba Respublikasında və Birləşmiş Meksika Ştatlarında keçiriləcək Mədəniyyət günlərinə yola düşən nümayəndə heyətinə mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev rəhbərlik edəcək. Komissiyanın iclasında Azərbaycan Respublikası Xarici İşlər, İqtisadi İnkişaf, Maliyyə, Sənaye və Energetika, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirlərinin müavinlərinin, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsinin, eyni zamanda Kuba Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirin iştirakı gözlənilir.
Nümayəndə heyətində eləcə də Cavid İmamverdiyev, musiqiçilər İsfar Rzayev-Sarabski, Ruslan Hüseynov, Tofiq Cabbarov, Aleksandr Zingerdən, musiqiçilər İlham Nəcəfov, Mircavad Cəfərov, Kamil Vəzirov, İsmayıl Həmidov, Emil Məmmədov, Camaləddin Dadaşov, Bəhruz Cavadov, Hürmət Rəhimov, xanəndələr Təyyar Bayramov, Vəfa Orucova, Dövlət Rəqs Ansamblının rəqqasları Təranə Muradova, Regina Tahirova, Gülarə Əhmədova, Canana Əmirxanova, Nikolay Peşerov, Gülməmməd Şahverdiyev, Fazil Əhmədov, Faiq Rüstəmovdan, İradə Əlizadənin rəhbərlik etdiyi “Şərq çırağı” uşaq yaradıcılıq mərkəzinin bir qrup üzvü təmsil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR