Bank Of Baku

Lütfiyar İmanov anılıb

Lütfiyar İmanov anılıb
# 23 fevral 2010 10:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Lütfiyar İmanovun anım tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyəti ilə Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov Lütfiyar İmanov yaradıcılığının çox yüksəkdə dayandığını qeyd edib və onun sənətinin daim yaşayacağını vurğulayıb. Xalq artisti Zaur Rzayev bildirib ki, Lütfiyar İmanov çox nadir səsə malik sənətkar idi və onun adı çəkiləndə hər insanın gözündə Koroğlu canlanır: “Lütfiyar İmanov kimi səsə malik olan ikinci bir insan yoxdur. Bu gün çox istedadlı gənclər yetişir, ancaq heç birində Lütfiyar İmanovun səsi yoxdur. Lütfiyar İmanov hər birimizin qəlbində daim yaşayacaq”.

Xalq artisti Şahlar Quliyev, şair İlyas Tapdıq və başqaları Lütfiyar İmanovun həyat və yaradıcılığından danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR