Bank Of Baku

Azərbaycanın qeyri-maddi irsinin siyahısı hazırlanacaq

Azərbaycanın qeyri-maddi irsinin siyahısı hazırlanacaq
# 24 fevral 2010 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi irsin siyahısı hazırlanacaq. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bu siyahıda ənənələr, musiqi, toy mərasimlərinin keçirilməsi, hətta at üstündə oyunlar da yer alacaq: “Xüsusi bir qeyri-maddi mədəni irs siyahısı hazırlanması ilə bağlı artıq ilkin işlərə başlamışıq. Sözsüz ki, ancaq bu reyestrin hazırlanmasından söhbət getmir. Bizim məqsədimiz Azərbaycanın adət-ənənələrini qoruyub-saxlamaq, gələcək nəsillərə çatdırmaqdır. Bunun da xüsusi bir siyahıda təsdiqini tapması olduqca vacib və zəruridir”.

Ə. Qarayev onu da vurğulayıb ki, martın 1-nə kimi qeyri-maddi irsin xüsusi dövlət reyestrinin də müəyyənləşdirilməsi də gözlənilir. Burada 7000-dən artıq abidənin yer alacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR