Bank Of Baku

İstiqlal Muzeyində “Xocalıdan gələn haray” adlı tədbir-sərgi təşkil olunub - FOTO

İstiqlal Muzeyində “Xocalıdan gələn haray” adlı tədbir-sərgi təşkil olunub - <font color=red>FOTO</font>
# 24 fevral 2010 10:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar “Xocalıdan gələn haray” adlı tədbir-sərgi təşkil olunub. APA-nın məlumatına görə, sərgidə ilk dəfə olaraq Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri, idarə heyətinin üzvü, xalq rəssamı Xanlar Əhmədovun heykəltəraşlıq və qrafika əsərləri nümayiş olunub. Tədbirdə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, xalq rəssamı Xanlar Əhmədov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları 18 il bundan əvvəl törədilmiş dəhşətli Xocalı soyqırımından söz açıblar. Tədbirdə Xocalı hadisələrinin canlı şahidləri, Xocalı şəhidlərinin ailə üzvləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR