Bank Of Baku

Şair Səməd Mənsurun yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub

Şair Səməd Mənsurun yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub
# 25 fevral 2010 14:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Tanınmış şair Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə xatirə lövhəsi hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, xatirə lövhəsi şairin yaşadığı Əmircan qəsəbəsindəki yaşadığı evin binasının üzərinə vurulub. Bu çərçivədə Suraxanı rayon Mədəniyyət Evində şairin həyat və yaradıcılığına həsr olunmuş bədii proqram təqdim olunacaq. Martın 1-də Mədəniyyət və Turizm Nazirliyi Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun xatirə lövhəsinin açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, şairin xatirə lövhəsi 2008-ci ildə ölkə başçısı İlham Əliyev tanınmış şair Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamı əsasında hazırlanıb. Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyətinə Səməd Mənsurun yaşadığı binaya xatirə lövhəsinin vurulmasını təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR