Bank Of Baku

İncəsənət Muzeyində 8 mart - Qadınlar Günü münasibəti ilə “Qadın ətri” təsviri-sənət sərgisi açılacaq

İncəsənət Muzeyində 8 mart - Qadınlar Günü münasibəti ilə “Qadın ətri” təsviri-sənət sərgisi açılacaq
# 01 mart 2010 13:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 8 mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “Qadın ətri” təsviri sənət sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə birgə, Azərbaycan şairi Hüseyn Cavidə məxsus “Bəşəriyyət qadınla yüksələcək” misrası ekspozisiyanın devizi altında baş tutacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, müxtəlif nəsillərə məxsus sənətkarlarımızın yaradıcılığını təmsil edən bu sərgidə eyni zamanda müxtəlif üslub və cərəyanlar öz əksini tapıb. Sərgidə görkəmli fırça ustası, xalq rəssamı Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Toğrul Nərimanbəyov, əməkdar incəsənət xadimi Vəcihə Səmədova kimi sənətkarlarla yanaşı, Sakit Məmmədovun, Niyaz Nəcəfovun, Elşən Sərxanoğlunun və digər rəssamların da əsərləri tamaşaçıların ixtiyarına veriləcək. Sərginin açılış mərasimi martın 5-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR