Bank Of Baku

Bolqarıstanın mədəniyyət naziri Vəcdi Rəşidov Azərbaycana gələcək

Bolqarıstanın mədəniyyət naziri Vəcdi Rəşidov Azərbaycana gələcək
# 01 mart 2010 14:58 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Aprelin əvvəllərində Bolqarıstanın mədəniyyət naziri Vəcdi Rəşidov Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Bolqarıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinov məlumat verib. Onun sözlərinə görə, səfər Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəvəti ilə gerçəkləşəcək. Səfər çərçivəsində Azərbaycanla Bolqarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə protokol imzalanacaq. Səfir həmçinin Bolqarıstanın energetika naziri Trayço Traykovun da Azərbaycana səfərə dəvət olunduğunu, iş qrafiki imkan verəcəyi təqdirdə nazirin ölkəmizə gələcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR