Bank Of Baku

Azərbaycan prezidenti Gəncədəki “İmamzadə” kompleksinin bərpasına üç milyon manat ayırıb

Azərbaycan prezidenti Gəncədəki “İmamzadə” kompleksinin bərpasına üç milyon manat ayırıb
# 01 mart 2010 17:06 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, “İmamzadə” kompleksinin milli memarlıq ənənələrinə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 (üç) milyon manat məbləğində vəsait ayrılıb.

Sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini Maliyyə Nazirliyi təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR