Bank Of Baku

Bakıda XIX əsrdə yaşamış rus fotoqraf Dmitri Yermakovun Azərbaycan şəhərlərindən çəkdiyi fotoların sərgisi açılıb

Bakıda XIX əsrdə yaşamış rus fotoqraf Dmitri Yermakovun Azərbaycan şəhərlərindən çəkdiyi fotoların sərgisi açılıb
# 03 mart 2010 15:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. AMEA Azərbaycan Tarixi Muzeyində XIX əsrdə yaşamış rus fotoqraf Dmitri Yermakovun Azərbaycanın müxtəlif şəhərlərindən çəkdiyi fotolardan ibarət sərgi açılıb. APA-nın məlumatına görə, sərgi Niderland Krallığının Azərbaycandakı səfirliyinin rəsmi açılışı münasibətilə təşkil olunub. Sərgidə Niderland hökumətinin maliyyə dəstəyi ilə fotoqrafın çəkdiyi 100-dən artıq foto nümayiş olunub. Sərginin açılış mərasimində Niderland Krallığı xarici işlər nazirinin müavini Ed Kronenburq, krallığın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Yan Lukas van Xoorn da iştirak ediblər. 10 gün davam edəcək sərgidə nümayiş olunan fotolar daha sonra muzeyə hədiyyə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR