Polşalı pianoçu: “Muğama heyranam, xüsusən də muğamla cazın sintezinə” - MÜSAHİBƏ - FOTOSESSİYA
- Xeyir, mən burada konsertlər vermişəm. Əvvəlki səfərlərim məhsuldar olub, Azərbaycanın gənclərini dinləmişəm, tələbələrlə görüşmüşəm, Filarmoniyada çıxış etmişəm, Azərbaycan tamaşaçısı tərəfindən yaxşı qəbul olunmuşam. Mən keçmiş SSRİ-də rus dilində təhsil almışam, ona görə də Polşada postsovet məkanı musiqiçilərinin həyatını mənim qədər yaxşı bilən bəlkə də yoxdur. Sonradan uzun illər Qərbdə yaşadığım üçün oranın təsirini də özümdə hiss edirəm. Ona görə də sizin musiqiçiləri maraqlandıra biləcək təcrübəyə sahibəm. Məndə sizin müəllim və tələbələri maraqlandıran suallara cavablar var. Belə dialoqun yaranması məni çox sevindirir.
- Azərbaycan pianoçularının ustalığını necə qiymətləndirirsiniz?
- Sizin bir çox pianoçularınızı dinləmişəm, bacarıqlı pianoçu Nərgiz Əliyarova ilə birgə çıxış etmişəm. O, çox gözəl pianoçudur. İki günlük məşqdən sonra biz iki royaldan ibarət ansambl yaratdıq, böyük məmnuniyyətdə ifa etdik. Mən bu birgə ifadan böyük zövq aldım. Sizin ümidverici gəncləriniz var. Bu, mənim üçün bir çağırışdır. Deməli, nəsə öyrənəcək adamlar var. Onlar məni dinləyir, başa düşə bilirlər.
- Bakı auditoriyası sizi necə dinləyir?
- Buranın insanları musiqini sevir. Mən musiqini yaşayıram və publikaya ötürürəm. Və mənə elə gəlir ki, bu, onlara xoş gəlir. Burada Şopenin musiqisinə böyük maraq var. Şopen bizim millətin bir simvoludur, onun taleyi həmin dövrdə yaşayan polyakların taleyidir. O, öz musiqisi ilə Polşanı bütün dünyaya tanıdıb. Şopenin əsərləri bütün bəşəriyyətə məxsusdur. İndi heç kim düşünmür ki, “Mazurka” Polşa musiqisidir. Bu, həm də sizin musiqinizdir. Musiqi hər zaman universaldır, onun vasitəsilə istənilən məkanda ümumi dil tapmaq olur.
- Bakıda ustad dərsləri verirsinizmi?
- Bu, mənim səfərlərimin tərkib hissəsidir. Bunu məmnuniyyətlə edirəm.
- Azərbaycan musiqisini, Azərbaycan bəstəkarlarını tanıyırsınızmı?
- Mən muğama heyranam, xüsusən də muğamla cazın sintezinə. Sizin pianoçuların disklərini almışam, çox heyranedici musiqidir. Bu vaxta qədər Əzizə Mustafazadənin yaradıcılığını tanıyırdım, bura gələndə onun atasının lent yazılarına qulaq asdım. Onun ifası məni valeh etdi. Sovet dövründə caz ifası böyük risk, böyük cəsarət tələb edirdi. Təəccüblü deyil ki, bu ifa məhz Bakıda yaranıb. Mən onun musiqisini dinləyəndə sanki böyüdücü şüşə altında Qərblə Şərq arasında olan Azərbaycanı görürəm. Bu, süni yox, təbii sintezdir, çünki həyatın özündən doğulub. Bakıda Avropa mədəniyyətinə də, Şərq mədəniyyətinə də məxsus adamlar var. Burada simfonik orkestrlə yanaşı, milli musiqi alətləri də mövcuddur, onlar bir-birinə mane olmur, əksinə, mədəniyyətinizi zənginləşdirir. Sizin mədəniyyətiniz qarşısında şapka çıxarmaq lazımdır.
- Bizim konsert salonları sizi qane edirmi?
- Salonlarınız Avropa səviyyəsindədir. Mən Polşanın bir çox şəhərinə Bakıda mövcud olan imkanları arzulayıram. Digər şəhərlərinizdə olmamışam, bilmirəm orada belə salonlar var, ya yox. Amma mədəni səviyyənin yüksəkliyi yalnız paytaxtların imtiyazı olmamalıdır.
- Perspektivdə Azərbaycana səfərləriniz nəzərdə tutulubmu?
- Çağırsalar, məmnuniyyətlə gələcəyəm. May ayında Bakı məktəbləri arasında Şopen müsabiqəsi keçiriləcək, mən münsiflər heyətinin üzvü kimi bu müsabiqədə iştirak edəcəyəm. Gənc musiqiçilərin ifasını eşidəcəyimə çox şadam. Türkmənistanda keçirilən analoji müsabiqədə iştirak etmişəm, məndə çox gözəl təəssürat qalıb. Müsabiqə ölkə rəhbərliyinə imkan verdi ki, uşaqların bacarıqlarını görsünlər. Başlarında araxçın “Mazurka” ifa edən uşaqları seyr etmək çox sevindiricidir. Əminəm ki, burada keçiriləcək müsabiqədən də zövq alacağam.
- Azərbaycan bəstəkarlarının musiqisini ifa edirsinizmi?
- Planlaşdırıram, artıq notları xahiş etmişəm. Böyük məmnuniyyətlə Qara Qarayev və digər bəstəkarların əsərlərini ifa edəcəyəm.
- Azərbaycan musiqiçiləri ilə birgə layihə həyata keçirmək niyyətiniz varmı?
- Belə layihələr sifarişlə deyil, şəxsi tanışlıqla yaranır. İnsanlar bir-birini tapmalıdırlar.
- Siz Bakıda polyak memarların işlərini görmüsüzmü?
- Bəli. Mən bilirəm ki, Bakıda bir çox bina 20-ci əsrin əvvəllərində polşalı memarlar tərəfindən layihələndirilib. Onları mənə göstəriblər – çox gözəl, möhtəşəm binalardır. Polyaklar Bakı ilə 19-cu əsrin sonunda, 20-ci əsrin əvvəlində yaşamış tanınmış polyak yazıçısı Stefan Jeromskinin kitabı vasitəsilə tanışdır. “Yazın əvvəlində” adlanan bu kitabda Bakı təsvir olunur. O, burada olmayıb, inqilabdan sonra Bakını tərk edib və Polşada yaşayan azərbaycanlı emiqrantların danışdıqları əsasında yazıb, Bakının obrazını əbədiləşdirib.
Mədəniyyət siyasəti
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Xəbər Lenti
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib