Bank Of Baku

“Bir addım” filmi İsveçrədə keçiriləcək beynəlxalq kino festivalında Azərbaycanı təmsil edəcək

“Bir addım” filmi İsveçrədə keçiriləcək beynəlxalq kino festivalında Azərbaycanı təmsil edəcək
# 05 mart 2010 11:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İmper Group” Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi İsveçrənin Friburq şəhərində keçiriləcək beynəlxalq film festivalında Azərbaycanı təmsil edəcək. Mərkəzdən APA-ya verilən məlumata görə, festival martın 13-də başlayacaq və martın 20-də yekunlaşacaq.

“Bir addım” filmi 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran-2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub. Filmin rejissorları Nərgiz Bağırzadə və Fariz Əhmədov, ssenari müəllifləri Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyev, prodüserləri isə Rəşad Qasımov və Fariz Əhmədovdur. Filmin bədii rəhbəri Cəmil Quliyevdir. Baş rollara Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova çəkiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR