Bank Of Baku

Ermitaj Muzeyinin ekspozisiyası Bakıda sərgilənəcək

Ermitaj Muzeyinin ekspozisiyası Bakıda sərgilənəcək
# 05 mart 2010 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Ermitaj Muzeyinin əməkdaşları Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynovanın APA-ya verdiyi məlumata görə, muzey əməkdaşlarının ölkəmizə səfərinin məqsədi Azərbaycanın Dövlət İncəsənət Muzeyi ilə qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalamaqdır. Sektor müdirinin sözlərinə görə, bu günlərdə imzalanacaq müqavilə əsasında məşhur Ermitaj Muzeyinin ekspozisiyası Azərbaycan Dövlət İncəsənət Muzeyində sərgilənəcək. Bu layihənin qarşılıqlı həyata keçiriləcəyi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR