Bank Of Baku

Azərbaycanda Milli Teatr Günü qeyd olunub - FOTOSESSİYA

Azərbaycanda Milli Teatr Günü qeyd olunub - <font color=red>FOTOSESSİYA</font>
# 10 mart 2010 13:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Teatr Xadimləri İttifaqında 10 mart - Milli Teatr Günü münasibətilə konfrans və teatr xadimlərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov Azərbaycanda peşəkar teatrın yaranmasının 137 illiyi münasibətilə ölkənin bütün teatrlarını təbrik edib: “Son illər Azərbaycan teatrında çoxsaylı müvəffəqiyyətlər əldə olunub və bu fakt danılmazdır. Mən Azərbaycan teatrına bundan sonrakı fəaliyyətində də uğurlar diləyirəm”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan teatrının çox şərəfli həyat yolu keçdiyini deyib: “Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Cavidin yəqin ki, bu gün ruhları şaddır. Çünki Azərbaycan teatrı yüksəliş yolundadır. Mirzəağa Əliyev, Cahangir Zeynalov, Ərəblinski ilə başlayan aktyor yolu bu gün davam etdirilir. Teatr xadimləri onların dühası qarşısında baş əyir”.

Tədbirdə Yaşar Nuri, Afaq Bəşirqızı, Cənnət Səlimova, Vaqif İbrahimoğlu, İnqilab Kərimov, İrina Tağızadə, Nigar İbrahimova, Elşad Rəhimzadə, İqrar Salamov, Tamilla Abdullayeva mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR