Bank Of Baku

Azərbaycanda Beynəlxalq Çexov Festivalı ilə bağlı tədbir keçiriləcək

Azərbaycanda Beynəlxalq Çexov Festivalı ilə bağlı tədbir keçiriləcək
# 10 mart 2010 13:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin noyabrında Azərbaycanda Beynəlxalq Çexov Festivalı ilə bağlı tədbir keçiriləcək. Bu münasibətlə Kanada, Böyük Britaniya, Fransa, Rusiya və Belarusun teatr kollektivləri Bakıya gələcək. APA-nın məlumatına görə, bunu Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov deyib. O bildirib ki, festival çox geniş miqyaslı olduğundan bu il festivalın yalnız bir hissəsinin Azərbaycanda keçirilməsi mümkün olacaq. Hazırda bu mötəbər tədbirə hazırlıqlar başlanıb.

İttifaq sədri bu ilin sonlarına yaxın “XXI əsrdə Azərbaycan teatrı” mövzusunda beynəlxalq teatr simpoziumunun keçirilməsinin də planlaşdırıldığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR