Bank Of Baku

İrəvan və Şuşa teatrlarının Bakıda yerləşdikləri binalar əsaslı təmir olunacaq

İrəvan və Şuşa teatrlarının Bakıda yerləşdikləri binalar əsaslı təmir olunacaq
# 10 mart 2010 14:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanda bu gün 4 qaçqın və məcburi köçkün teatrı fəaliyyət göstərir. İrəvan-Azərbaycan Dövlət Daram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Füzuli və Ağdam teatrları bu gün binasız və çox pis vəziyyətdə fəaliyyət göstərirlər. Ancaq bu teatrlar arasında ilk əvvəl qeyd etdiyim iki teatrın binasının əsaslı təmiri üçün artıq smeta layihəsi hazırlanır və bu teatrların binalarının müasir standartlara uyğunlaşdırılması üçün işlər aparılır”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib. Nazir müavini bu 4 teatrın kollektivinin Azərbaycan teatrına layiqincə xidmət etdiklərini vurğulayıb.

Ə. Vəliyev Azərbaycan teatrının bugünkü vəziyyətindən də söz açıb: “Azərbaycan teatrının bu gün yüksələn xətt üzrə fəaliyyətini görməmək, bunun tam əksini söyləmək düzgün deyil. Azərbaycan teatrının inkişaf etmədiyini, nailiyyətlərin əldə olunmadığını deyən kəs Azərbaycan mədəniyyətini sevmir. Sözsüz ki, Azərbaycanda bu gün teatr tənqidçiləri, gənc teatrşünaslar baxımından çətinliklər mövcuddur. Ancaq bu hal heç də bütünlükdə teatra şamil olunmamalıdır. Əgər bu gün yaxşı dramaturq yoxdursa, bu da Azərbaycan teatrının bütövlükdə problemli olması demək deyil. Düzdür, problemlər var. Biz bu problemlərin həlli yollarını axtarırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR