Bank Of Baku

Gəncənin “Əfsanələr paytaxtı” elan edilməsi münasibəti ilə tədbir keçirilib

Gəncənin “Əfsanələr paytaxtı” elan edilməsi münasibəti ilə tədbir keçirilib
# 10 mart 2010 15:46 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. “2010-2014-cü illərdə xalq yaradıcılığı paytaxtları” layihəsi çərçivəsində Gəncə Dövlət Dram Teatrında bu il Gəncə şəhərinin “Əfsanələr paytaxtı” elan edilməsi münasibətilə tədbir keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə bildirilib ki, 2010-cu ildə Gəncə şəhərinin respublikanın “Əfsanələr paytaxtı”, Qazax rayonunun “Folklor paytaxtı”, Şəki şəhərinin isə “Sənətkarlıq paytaxtı” elan olunması ilə əlaqədar bu şəhərlərdə silsilə tədbirlərin keçirilməsi, müvafiq tematik nəşrlərin buraxılması və həmçinin bu mövzularda müxtəlif veb-saytların yaradılması nəzərdə tutulur. Tədbirə incəsənət kollektivlərinin ifasında maraqlı konsert proqramı ilə yekun vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR