Bank Of Baku

Azərbaycanın xalq artisti Bəşir Səfəroğlu anılıb

Azərbaycanın xalq artisti Bəşir Səfəroğlu anılıb
# 11 mart 2010 12:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 11-də Azərbaycanın xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 85-ci ildönümüdür. APA-nın məlumatına görə, bu münasibətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi, mədəniyyət və incəsənət xadimləri mərhum sənətkarın Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.

Mərhum axşam Dövlət Musiqili Komediya Teatrında da anılacaq. Bəşir Səfəroğlunun qızı və sənətdə davamçısı olan xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşası göstəriləcək. Teatrın foyesində isə Bəşir Səfəroğlunun yubileyi münasibətilə hazırlanan fotosərginin nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR