Bank Of Baku

Türkmənistanda “Arşin mal alan” tamaşası səhnələşdirilib - FOTOSESSİYA

Türkmənistanda “Arşin mal alan” tamaşası səhnələşdirilib - <font color=red>FOTOSESSİYA</font>
# 12 mart 2010 08:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mahtumqulu adına Türkmənistan Milli Musiqili Dram Teatrında “Arşin mal alan” tamaşasının nümayişi anşlaqla keçib. APA-nın Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru Aynazar Batırov deyib ki, “Arşın mal alan”ı səhnələşdirmək ideyası onda tələbəlik illərindən yaranıb: “Bu tamaşaya quruluş vermək bir tərəfdən Türkmənistan-Azərbaycan dostluq və mədəni əlaqələrinin möhkəmlənməsinə bir töhfədir, digər tərəfdən türkmən tamaşaçılarına hədiyyədir. Tamaşada musiqi və rəqslər çox olduğuna görə, onu müzikl kimi səhnələşdirmişik. Xoreoqrafiyaya xüsusi yer ayrılıb”.

Türkmənistan xalq artisti, baletmeyster Əhməd Pursiyanov tamaşada 16 peşəkar rəqqasın iştirak etdiyini söyləyib: “Onlar kütləvi səhnələrdə həm tamaşanın qəhrəmanları ilə birlikdə, həm də ayrıca çıxış edirlər. Rəqslər hər bir personajın xarakterini göstərməyə köməklik edir. Üzeyir Hacıbəylinin musiqisi altında rəqs etmək isə yalnız həzz verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR