Bank Of Baku

Azərbaycan Prezidenti Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpası barədə Sərəncam imzalayıb

Azərbaycan Prezidenti Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpası barədə Sərəncam imzalayıb
# 15 mart 2010 17:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Prezidenti Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpası barədə Sərəncam imzalayıb.

APA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, 1896-1899-cu illərdə yevangelik-lüteran kilsəsi kimi inşa edilən, sonralar müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün istifadə olunan Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binası Bakı şəhərinin gözəl memarlıq abidələrindən biridir.

Sərəncama əsasən, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpası üçün 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR