Bank Of Baku

Novruz bayramında İçərişəhərdə “İncəsənət Bağı” fəaliyyətə başlayacaq

Novruz bayramında İçərişəhərdə “İncəsənət Bağı” fəaliyyətə başlayacaq
# 16 mart 2010 14:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhərin turizm infrastrukturunun zənginləşdirilməsi və xalq sənətkarlığının dəstəklənməsi məqsədilə yeni layihə hazırlayıb. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, İçərişəhər ərazisindəki “Kiçik Karvansaray” abidəsində Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzi – “İncəsənət Bağı”nın yaradılmasını nəzərdə tutulur. “İncəsənət Bağı”na gələcək hər bir qonağa milli sənət nümunələrinin hazırlanması prosesində bilavasitə iştirak etmək və özünü bir anlıq usta kimi hiss etmək imkanı veriləcək. Mərkəzdə yerli incəsənət ustalarının fəaliyyəti təşkil ediləcək, xalçaçılıq, ağac oyma, keramika, zərgərlik, milli geyimlər, dekorativ yaşıllaşdırma və digər tətbiqi sənət işləri nümayiş etdiriləcək. Burada gənc rəssamların yaradıcılığının təbliği məqsədilə rəsm sərgilərinin təşkil edilməsi də nəzərdə tutulur. Novruz bayramından fəaliyyətə başlayacaq “İncəsənət Bağı”nın qonaqları burada milli və Avropa mətbəxinin təamlarından dada biləcəklər.
Qeyd edək ki, “Kiçik Karvansaray” və ya “Хаn Kаrvаnsаrаyı” adlanan bina ХV əsrin sоnu ХVI əsrin əvvəlində tikilmiş, bütün pеrimеtr bоyu еyvаnlа əhаtə оlunub. Eyvаnın аrхаsındа isə şəхsi istifаdə üçün nəzərdə tutulmuş yаşаyış оtаqlаrı yеrləşir. Ehtimal olunur ki, bu tikili kаrvаnsаrаy kimi fəaliyyət göstərməmişdən öncə Came məscidinin mədrəsəsi və onun həyətində fəaliyyət göstərən hücrələrdən ibarət olub. Uzun illər baxımsızlıqdan qəza vəziyyətinə düşən karvansarayda İçərişəhərin Konservasiyası üzrə Master Plan çərçivəsində əsaslı şəkildə bərpa-konservasiya işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR