Bank Of Baku

Eliza və Əzizə Mustafazadələr Vaqif Mustafazadənin məzarını ziyarət ediblər - FOTOSESSİYA

Eliza və Əzizə Mustafazadələr Vaqif Mustafazadənin məzarını ziyarət ediblər - <font color=red>FOTOSESSİYA</font>
# 16 mart 2010 14:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 16-da Azərbaycanın məşhur cazmeni Vaqif Mustafazadənin 70 yaşı tamam olur. APA-nın məlumatına görə, bununla əlaqədar mərhum sənətkarın həyat yoldaşı Eliza Mustafazadə, hazırda Almaniyada yaşayan qızı Əzizə Mustafazadə, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları V. Mustafazadənin məzarını ziyarət ediblər. Ziyarətçilər V. Mustafazadənin məzarüstü abidəsi önünə gül dəstələri qoyublar.

Ziyarətdən sonra Eliza və Əzizə Mustafazadələr media nümayəndələri ilə söhbət ediblər və mərhumla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, bu gün axşam sənətkarın 70 illik yubileyi Heydər Əliyev Sarayında dövlət səviyyəsində qeyd olunacaq. Yubiley tədbirində Əzizə Mustafazadə xüsusi proqramla çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR