Vaqif Mustafazadənin 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunub - FOTOSESSİYA
APA-nın məlumatına görə, yubiley mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilk əvvəl ilaxır çərşənbə münasibəti ilə Azərbaycan xalqını və zaldakı tamaşaçıları təbrik edib. Tədbiri Azərbaycan cazının bayramı adlandıran nazir, 39 il yaşamış Vaqif Mustafazadənin artıq 31 ildir aramızda olmadığını vurğulayıb. Lakin onun az və şərəfli ömür yoluna nəzər salaraq cazmenin Azərbaycan incəsənətindəki yerini xüsusi qeyd edib.
Yubiley mərasiminin bədii hissəsi bəstəkarın «Düşüncələr» kompozisiyası ilə başlayıb. Konsert proqramında Emin Əfrasiyaboğlu Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri improvizələrlə ifa etməsi, həmçinin gənc musiqiçi İsfar Sarabskinin çıxışı sürəkli alqışlarla qarşılanıb. Proqramda saksofon ifaçısı Rain Sultanov, “Qaya” vokal ansamblı, Əfqan Rəsulov, bəstəkar Faiq Sücəddinov, Salman Qənbərov və onun rəhbərlik etdiyi “Bakustik caz” qrupu, Sevda Ələkbərzadə, “Arena” caz ansamblı çıxış ediblər. Musiqiçilərin ifaları əsasən Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifası ilə müşayiət olunub. Yubiley tədbirində Rusiyanın xalq artistləri Mixail Okun və Arzu Hüseynov da xüsusi musiqi nömrəsi ilə Vaqif Mustafazadəni anıblar. Gecənin kulminasiya məqamı Vaqif Mustafazadənin yeganə yadigarı, sənətkarın adını yaşadan qızı Əzizə Mustafazadənin səhnəyə çıxışı olub. Digər musiqiçilərdən fərqli olaraq səhnənin yuxarı hissəsində xüsusi tərtibatla yerləşdirilmiş qara royalda Əzizə atasına həsr etdiyi kompozisiyanı təqdim edib. Vaqif Mustafazadənin də əsərlərinin daxil edildiyi kompozisiyanı da T.Göyçayevin dirijorluğu ilə Dövlət Kamera Orkestri müşayiət edib. Onu da vurğulamaq yerinə düşər ki, Almaniyadan Vətənə, məhz atasının yubiley mərasimində iştirak etmək məqsədi ilə təşrif buyuran Əzizə Mustafazadənin səhnədə çıxışı zaldakı tamaşaçıların marağına səbəb olub.
Qeyd edək ki, bu Əzizə Mustafazadənin uzun illərdən sonra Dövlət Kamera Orkestri ilə ilk işbirliyidir.
Onu da bildirək ki, Heydər Əliyev Sarayının səhnəsində sənətkarın büstü yerləşdirilib. Musiqiçilərin çıxışı zamanı səhnədə quraşdırılmış ekranda Vaqif Mustafazadənin fotoları nümayiş olunub. Səhnənin aşağı hissəsinin pianonun dilləri formasında hazırlanması xüsusi diqqət çəkib. Heydər Əliyev Sarayının foyesində ölməz sənətkarın fotolarından ibarət xüsusi sərgi nümayiş etdirilib. Eləcə də cazmenin Moskvada buraxılmış diski satışa çıxarılıb.
Yubiley mərasimində bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən baş nazirin müavini Elçin Əfəndiyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər dövlət rəsmiləri də iştirak edib.
Mədəniyyət siyasəti
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Xəbər Lenti
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib