Bank Of Baku

Şirvan aşıqları Parisdə çıxış edəcək

Şirvan aşıqları Parisdə çıxış edəcək
# 18 mart 2010 13:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın sonlarında Parisdə Dünya Mədəniyyətləri Evinin (Maison des cultures du Monde) təşəbbüsü ilə “Təxəyyül” adlı musiqili festival keçiriləcək. Azərbaycan bu festivalda Şirvan aşıqları ilə təmsil olunacaq. Azərbaycan nümayəndə heyətinin rəhbəri, UNESCO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın APA-ya verdiyi məlumata görə, aşıqlar ötən il də bu festivala qatılıblar. O bildirib ki, ötən il aşıqlara bir günlük çıxış imkanı verildiyi halda, bu il Şirvan aşıqları 29-30 mart tarixlərində 2 günlük konsert proqramı ilə çıxış edəcəklər: “Balaban və zurna alətinin adı ilə bağlı bir sıra dolayı fikrilər dolaşır. Mən məhz iki alətin solo ifasını proqramlaşdırmışam ki, tamaşaçılar bunu azərbaycanlı musiqiçilərin ifasında dinləyə bilsinlər”.

Aşıqların festivaldakı çıxışlarına Mədəniyyət və Turizm Nazirliyi də maddi və mənəvi dəstək verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR