Bank Of Baku

Ukraynanın “Eurovision-2010” təmsilçisi və mahnısı yenidən seçilib –FOTO

Ukraynanın “Eurovision-2010” təmsilçisi və mahnısı yenidən seçilib –<font color=red>FOTO</font>
# 20 mart 2010 22:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Ukrayna yenidən təmsilçisini və onun ifa edəcəyi mahnını seçib. APA-nın məlumatına görə, bir neçə həftə bundan əvvəl təmsilçisini seçən və daha sonra təntənəli şəkildə mahnı seçimi təşkil edən bu ölkə daha sonra qərarını dəyişdirib. Martın 20-də isə yenidən “Eurovision-2010” müsabiqəsində öz təmsilçisini seçmək üçün seçimlər keçirib. 20 namizəd arasından Alyoşa Ukraynanı 55-ci “Eurovision” müsabiqəsində təmsi etmək imkanı qazanıb. Təmsilçi müsabiqədə “To lie free” (O. Kucher/B. Chykalyuk)
mahnısını ifa edəcək. Onu da bildirək ki, ilk seçimlərdə Ukraynanı “Eurovision-2010” müsabiqəsində təmsil etmək şansı qazanan və təmsilçiliyi etiraza səbəb olan Vasily Lazaroviç bu seçimlərdə yeddinci yerdə qərarlaşıb.

Ukrayna builki müsabiqədə iştirak edəcək 39 ölkə arasından təmsilçisini və mahnısını müəyyənləşdirən sonuncu ölkə idi. Artıq may ayında Oslonun “Telenor Arena”sında baş tutacaq bu yarışmada bütün iştirakçı ölkələrin təmsilçiləri və onların ifa edəcəkləri mahnı məlumdur.

Qeyd edək ki, Ukrayna “Eurovision-2010” mahnı müsabiqəsinin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 25-də müsabiqənin I yarımfinalı, 29-da isə finalı baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR