Bank Of Baku

İSESCO və UNESCO-nun baş direktorları görüşüb

İSESCO və UNESCO-nun baş direktorları görüşüb
# 23 mart 2010 17:07 (UTC +04:00)
Bakı-APA. İslam Təhsil Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Osman Əltuaicri bu gün Parisdə UNESCO-nun baş direktoru İrena Bokova ilə görüşüb. İSESKO-dan APA-ya daxil olan məlumatda bildirilir ki, onlar 2008-2009 İSESCO- UNESCO birgə fəaliyyət proqramının icrasını müzakirə ediblər. Büdcəsi beş milyon ABŞ dolları məbləğində olan proqram təhsil, elm, mədəniyyət, rabitə, xarici əlaqələr və Milli Komissiyalarla iş sahəsində 128 müxtəlif tədbiri əhatə edib. Baş direktorlar, həmçinin rəhbərlik etdikləri təşkilatların 2010-2012-ci illərdə əməkdaşlıq perspektivlərini və tərəfdaşlığı möhkəmlətmək vasitələrini də nəzərdən keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR