Bank Of Baku

Azərbaycanlı vokalist və aktyor Fərid Əliyev İvan Kozlovski adına Fond tərəfindən xüsusi diplomla təltif edilib

Azərbaycanlı vokalist və aktyor Fərid Əliyev İvan Kozlovski adına Fond tərəfindən xüsusi diplomla təltif edilib
# 30 mart 2010 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Moskvada SSRİ xalq artisti İvan Semyonoviç Kozlovskinin anadan olmasının 110 illik yubileyi münasibəti ilə konsert keçirilib. MDB ölkələrinin qızıl səsli tenorlarının iştirakı ilə keçirilən “Sizə təzim, maestro!” konsert proqramında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı solisti Fərid Əliyev də iştirak edib,. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubileydən sonra İ. Kozlovski adına Fondun Rəyasət Heyəti Azərbaycan Dövlət Musiqili Komediya Teatrına təşəkkür məktubu ünvanlayıb. Konsertin təşkilatçıları azərbaycanlı tenoru fondun mədəni həyatında fəal iştirakına, musiqi və vokal sənətinin, eyni zamanda Azərbaycan, Ukrayna və Rusiya xalqlarının mədəniyyətlərinin inkişafına, xalqlararası mədəni əlaqələrin, sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə xüsusi diplomla təltif edib.

Solist-vokalist və aktyor Fərid Əliyev 1999-cu ildən teatrın solistidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR