Bank Of Baku

Fərhad Xəlilov: “Rəssamların Emalatxana Kompleksi üçün həm yerli, həm də xarici şirkətlər tərəfindən layihələr təqdim olunub”

Fərhad Xəlilov: “Rəssamların Emalatxana Kompleksi üçün həm yerli, həm də xarici şirkətlər tərəfindən layihələr təqdim olunub”
# 30 mart 2010 15:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Prezidentin sərəncamı əsasında inşa olunacaq Rəssamların Emalatxana Kompleksi üçün həm yerli, həm də xarici şirkətlər tərəfindən layihələr təqdim olunub. Hazırda isə həmin layihələrə baxış aparılır. Ən yaxşı variant seçildikdən sonra layihə təsdiqlənəcək”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov verib. İttifaq sədri onu da qeyd edib ki, digər ölkə rəssamları kimi, Azərbaycan rəssamlarının da problemləri mövcuddur: “Biz dünyadan heç də ayrı deyilik. Sözsüz ki, dünyadakı problemlər bizə də şamil olunur və təsir edir. Əgər üç il bundan əvvəl bu çətinliklər yox idisə, bu gün o çətinliklər mövcuddur və biz bunu gizlədə bilmərik. Ancaq bu çətinliklərə baxmayaraq Emalatxana Kompleksinin tikintisi realdır və bu problemin həll olunacağına inanıram”.

F. Xəlilov deyib ki, elan olunan müsabiqəyə əsasən yerli şirkətlər, eləcə də, çox tanınmış Azərbaycan memarları və bir neçə türk memarı öz layihələrini təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR