Bank Of Baku

Bakıda “Müasir dövrdə ərəb dili, ədəbiyyatı və mədəniyyəti” adlı beynəlxalq konfrans keçiriləcək

Bakıda “Müasir dövrdə ərəb dili, ədəbiyyatı və mədəniyyəti” adlı beynəlxalq konfrans keçiriləcək
# 31 mart 2010 13:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 1-2-də Bakıda “Müasir dövrdə ərəb dili, ədəbiyyatı və mədəniyyəti” adlı beynəlxalq konfrans keçiriləcək. Konfrans Azərbaycanda Misir Mədəniyyət Mərkəzi və “Xəzər” Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Bu barədə APA-ya Misir Mədəniyyət Mərkəzindən məluma verilib. Konfransda Misir Mədəniyyət Mərkəzinin direktoru professor Adel Dərvişin çıxışı, Azərbaycandakı ərəb ölkələrinin səfirləri və ziyalılarının iştirakı nəzərdə tutulur. Beynəlxalq tədbirdə çıxışlarla yanaşı, Misir mədəniyyəti sərgisinin nümayişi də olacaq. Misir universitetlərindən olan professorların bu konfransda öz məqalələri ilə çıxış edəcəkləri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR