Bank Of Baku

Vətənpərvərlik mövzusunda ən yaxşı bədii film ssenarisi müsabiqəsinə yekun vurulub

Vətənpərvərlik mövzusunda ən yaxşı bədii film ssenarisi müsabiqəsinə yekun vurulub
# 01 aprel 2010 11:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Vətən and yerimizdir!” devizi altında vətənpərvərlik mövzusunda ən yaxşı bədii film ssenarisi müsabiqəsinə yekun vurulub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, münsiflər heyətinin qərarı ilə I yerə “Mən evimə qayıdıram” (müəllif İsmayıl Səfərəliyev), II yerə “Böyüyən övladlar” (müəllif Səidə Vəliyeva), III yerə “Qarabağ. Dörd gün” (müəllif Leyla Tarıverdiyeva) layiq görülüb.

Birinci yeri tutmuş “Mən evimə qayıdıram” ssenarisi 2010-cu ildə istehsalata buraxılacaq, ikinci yeri tutmuş “Böyüyən övladlar” ssenarisinin müəllifinə 1500 manat, üçüncü yeri tutmuş “Qarabağ. Dörd gün” ssenarisinin müəllifinə isə 1000 manat mükafat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR