Bank Of Baku

Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək
# 02 aprel 2010 08:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. 2010-cu ildə Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək. APA-nın Qırğızıstan saytlarına istinadən verdiyi məlumata görə, Qırğızıstanın Mədəniyyət üzrə Dövlət Agentliyinin direktoru İbrahim Junusovla Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev arasındakı görüşdə bu barədə razılıq əldə edilib. Tərəflər həmçinin 2011-ci ildə Qırğızıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi barədə də razılığa gəliblər.
Qeyd edək ki, hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR