Bank Of Baku

UNESCO və Avropa Şurasında Novruz bayramının təqdimat mərasimi keçirilib

UNESCO və Avropa Şurasında Novruz bayramının təqdimat mərasimi keçirilib
# 02 aprel 2010 09:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Novruz bayramının UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və 2010-cu ilin UNESCO tərəfindən Mədəniyyətlərin Yaxınlaşması İli elan olunması ilə əlaqədar TÜRKSOY Baş Katibliyinin təşəbbüsü ilə TÜRKSOY-a üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakıyla UNESCO-nun və Avropa Şurasının qərargahlarında Novruz bayramının təqdimat mərasimləri təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, təqdimat mərasimlərində nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, xanəndə, əməkdar artist Nuriyyə Hüseynova, xalq artisti Firuz Əliyev (tar), əməkdar artist Munis Şərifov (kamança), musiqiçilər Aydın Əliyev (qarmon), Eyvaz Rzayev (nağara) və xalq artisti Cəmilə Bayramovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs və Mahnı Ansamblının rəqs qrupu iştirak edib.

Martın 29-da Azərbaycanın bədii heyəti Beynəlxalq Paris Kitab Sərgisinin Azərbaycana aid hissəsində çıxış edib. Həmin gün UNESCO-nun qərargahında Novruz bayramının rəsmi təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimini TÜRKSOY-un baş katibi Düsen Kaseinov və UNESCO baş katibinin müavini Marsio Barboso Novruz bayramının bəşəri əhəmiyyətini, xalqlar arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə töhfəsini qeyd ediblər. Türkiyədə yaşayan azərbaycanlı rejissor Əflatun Nemətzadənin qısa müddət ərzində çoxsaylı kollektivlərin intensiv məşqləri nəticəsində ərsəyə gətirdiyi böyük konsert proqramı tamaşaçıların rəğbətinə səbəb olub.

Martın 30-da isə Avropa Şurasının qərargahında Novruz bayramının təqdimetmə mərasimi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR