Bank Of Baku

Sankt-Peterburqdan olan yeniyetmələrin “Azərbaycan möcüzələri” adı altında tanıtım turu keçiriləcək

Sankt-Peterburqdan olan yeniyetmələrin “Azərbaycan möcüzələri”  adı altında  tanıtım turu keçiriləcək
# 03 aprel 2010 12:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan turizm potensialının və mədəni irsinin geniş təbliğ olunması məqsədi ilə 3 - 6 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq vilayətinin Pavlosk şəhərində yerləşən A. M. Qorçakov adına liseyin 30-a yaxın yüksək intellektə malik yeniyetmələri üçün “Azərbaycan möcüzələri” adı altında mədəni-etnoqrafik, “macəra - info tanıtım” turu həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, “Millennium Turizm” və eyni zamanda Skal İnternational Bakı Turizm Klubunun dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Qafqaz xalqlarının keçmişi, mədəniyyəti, adət-ənənəsi, müasir yaşam tərzi və dini, hərbi, etnik konfliktlərinin əsl mahiyyətinin Rusiyada yaşayan gənc nəslə çatdırılmasından ibarətdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu turun uğurla həyata keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya obyektiv şəkildə çatdırılması yolunda uğurlu bir addım olacaq. Gənclər daha sonra Bakıya gələcəklər. Sankt-Peterburq məktəblilərinin azərbaycanlı həmyaşıdları ilə görüşləri də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR