Bank Of Baku

Şirvan aşıqları Parisdə çıxış ediblər

Şirvan aşıqları Parisdə çıxış ediblər
# 05 aprel 2010 13:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Şirvan aşıqları Parisdə Dünya Mədəniyyətləri Evinin (Maison des cultures du Monde) təşəbbüsü ilə keçirilən “Təxəyyül” adlı musiqi festivalında çıxış ediblər. Proqramın rəhbəri, UNESCO-nun eksperti Sənubər Bağırovanın APA-ya verdiyi məlumata görə, bu günlərdə start götürən və 1 ay davam etməsi nəzərdə tutulan festivalda azərbaycanlı aşıqların 2 günlük konserti keçirilib. Aşıqlar Vüqar Niftəliyev, Ağamurad İsrafilov və Əli Quliyevi iştirakçılar alqışları ilə 3 dəfə səhnəyə qaytarıblar. S. Bağırovanın proqrama daxil etdiyi zurna və balaban alətində solo ifa da konsertdə maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR