Bank Of Baku

Sabah Moskvada Azərbaycan muğamı gecəsi keçiriləcək

Sabah Moskvada Azərbaycan muğamı gecəsi keçiriləcək
# 06 aprel 2010 10:59 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Sabah Moskvanın Mixail Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyində Azərbaycan muğamı gecəsi keçiriləcək. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, gecənin təşkilatçıları Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyidir. Gecənin açılış mərasimində səfir Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxış edəcək. Proqrama muğam haqqında filmin nümayişi, muğam ifaçılarının iştirakı ilə konsert, xüsusi sərginin nümayişi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR