Bank Of Baku

Səməndər Rzayevin 65 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib - FOTO

Səməndər Rzayevin 65 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib - <font color=red>FOTO</font>
# 06 aprel 2010 15:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın əməkdar artisti, mərhum aktyor Səməndər Rzayevin 65 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən gecədə çıxış edən xalq şairi Musa Yaqub mərhum aktyorun həyat və yaradıcılığına nəzər salıb: “Çox böyük sənətkar idi. Təəssüf ki, aramızdan tez getdi və biz Səməndərsiz qaldıq”.

Xalq artisti Rasim Balayev Səməndər Rzayevin az ömür yaşamasına baxmayaraq, Azərbaycan mədəniyyəti üçün çox işlər gördüyünü vurğulayıb. Mərhum aktyorla dost olduğunu diqqətə çatdıran R. Balayev, Səməndər Rzayevin həyatdan köçməsini hələ də kədərlə xatırladığını söyləyib: “Həm kino, həm teatr, həm televiziya tamaşalarının aktyoru kimi əvəzolunmaz bir sənətkar idi. Çox gözəl səsli aktyorlar olub, ancaq Səməndərin səsi doğrudan da möcüzə idi. Səməndər ecazkar səsi və peşəkar ifası ilə hamını valeh edirdi”.

Xatirə gecəsinin aparıcılığını əməkdar artist Ağalar Bayramov həyaya keçirib. Azərbaycanın kino və teatr xadimlərinin iştirak etdiyi tədbirdə mərhum aktyorun yaradıcılığından danışılıb, musiqilər səslənib.

Gecədə Xədicə Muradın müəllifliyi ilə Səməndər Rzayevə həsr rolunmuş “Nağıl dünyamızın nağıl şahzadəsi” kitabının təqdimat mərasimi də keçirilib. Tədbirdə aktyorun rol aldığı film və tamaşalardan fraqmentlər nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR