Bank Of Baku

Əbülfəs Qarayev: “Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmirinə gələn il başlamaq niyyətindəyik”

Əbülfəs Qarayev: “Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmirinə gələn il başlamaq niyyətindəyik”
# 06 aprel 2010 17:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının əsaslı təmiri olduqca böyük maliyyə tələb edən bir layihədir. Ancaq biz bu işi gələ üçün planlaşdırırıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, kinostudiyanın əsaslı təmirinə “Nizami” kinoteatrının əsaslı təmiri başa çatdıqdan sonra başlanılması nəzərdə tutulur: “Hazırda Azərbaycanın ən böyük görkəmli kino mərkəzi olan “Nizami” kinoteatrı bərpa olunmaqdadır. İlin sonu üçün sözügedən kinoteatrı beynəlxalq səviyyədə kinofestival kompleksinə çevrilməsinə nail olacağıq. Bu da Azərbaycan kinosu üçün böyük töhfə olacaq. Hesab edirəm ki, “Nizami” kinoteatrı təhfil verildikdən sonra dövlətin maliyyəsi artıq Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmirinə yönələcək. Artıq kinostudiyada bir sıra xırda işlər görülüb. Ancaq istəyimiz odur ki, kinostudiya ən müasir formada təmir olunsun və ən mükəmməl texnologiya ilə təmin olunsun. Elə edəcəyik ki, burada çəkilən filmlər heç də dünya ölkələrində çəkilən ən qabaqcıl filmlərdən geri qalmasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR