Bank Of Baku

Əbülfəs Qarayev mədəniyyət və incəsənət xadimlərinə fəxri adları təqdim edib – FOTOSESSİYA

Əbülfəs Qarayev mədəniyyət və incəsənət xadimlərinə fəxri adları təqdim edib – <font color=red>FOTOSESSİYA </font>
# 07 aprel 2010 10:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan prezidentinin 2009-2010-cu illərdə imzaladığı sərəncamlara əsasən fəxri adlara layiq görülən bir sıra mədəniyyət və incəsənət xadimlərinə fəxri titulları təqdim edib. APA-nın məlumatına görə, Muzey Mərkəzində baş tutan təqdimetmə mərasimində çıxış edən Əbülfəs Qarayev ölkə başçısının Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndirdiyini dilə gətirib. Nazir fəxri adlara layiq görülən sənət adamlarını təbrik edib, onların bu yüksək diqqətə layiq olduqlarını vurğulayıb: “Bu fəxri medalların verilməsi, eləcə də mədəniyyət sahəsində gözlə görünən inkişaf dövlət başçısının diqqətinin nəticəsidir. Bu gün təqdim etdiyim bu fəxri titulların hər biri dövlət başçısı tərəfindən imzalanan sərəncamla verilib. Prezident hər birinizi göz önünə gətirərək, yüksək işinizi görüb ondan sonra bu fəxri adları və medallarla sizləri təltif edib. Bu medal və fəxri ad sizin gördüyünüz işlərin bəhrəsidir”.
Daha sonra nazir Ə. Qarayev Zəlimxan Yaqub, Fidan Qasımova və Canəli Əkbərova “Şərəf” ordeni təqdim edib. Tədbirdə Hacı Murad Yagizarov, Xumar Zülfüqarova, Ağaxan Abdullayev “Şöhrət” ordeni, Pellumb Aqalliyay, Alla İsakadze “Əməkdar müəllim” fəxri adı, Nəzifə Əliyeva, Züleyxa Nəcəfzadə “Tərəqqi” medalı və Naidə İsmayılzadə “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə təltif olunublar.
Ə. Qarayev eləcə də xalq şairi Zəlimxan Yaqubun 60 illiyi münasibəti ilə TÜRKSOY təşkilatının onun üçün hazırladığı plaketi təqdim edib.
Təltif olunanlar dövlət başçısına, eləcə də mədəniyyət və turizm nazirinə diqqət üçün təşəkkür bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR