Bank Of Baku

Leyla Bədirbəylinin 90 illik yubileyi münasibətilə tədbir keçirilib

Leyla Bədirbəylinin 90 illik yubileyi münasibətilə tədbir keçirilib
# 09 aprel 2010 15:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində Azərbaycanın xalq artisti Leyla Bədirbəylinin 90 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev Leyla Bədirbəylinin həyat və yaradıcılığına nəzər salıb. O bildirib ki, mərhum aktrisa hələ yeniyetmə ikən rejissor D. Vertovun “Lenin haqqında üç mahnı” sənədli filmində pioner qız rolunda çıxış edib: “Leyla Bədirbəyli 1942-ci ildə professional teatr səhnəsinə gəlməzdən əvvəl “Dəcəl dəstə”, “Səbuhi, “Sovqat” bədii filmlərində çəkilib. 1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” kinokomediyasında yaratdığı Gülçöhrə obrazı Leyla xanıma böyük şöhrət qazandırıb. Məhz bu filmdəki işinə görə o, 1946-cı ildə SSRİ Dövlət Mükafatına layiq görülüb”.

C. Quliyev L. Bədirbəylinin 50-yə yaxın filmə, o cümlədən “Onun böyük ürəyi”, “Görüş”, “Dəli Kür”, “Kölgələr sürünür”, “Sevil”, “Çarvadarların izi ilə”, “Dərviş Parisi partladır”, “Asif, Vasif, Ağasif”, “O dünyadan salam” və başqa kino əsərlərinə çəkildiyini söyləyib.

Yubiley mərasimində aktrisanın çəkildiyi filmlərdən fraqmentlər göstərilib, onun xatirəsinə ithaf olunmuş kompozisiyalar səsləndirilib. Muzey Mərkəzinin foyesində isə L. Bədirbəylinin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR