Bank Of Baku

Əlibaba Məmmədovun 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunub- FOTOSESSİYA

Əlibaba Məmmədovun 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunub- <font color=red>FOTOSESSİYA</font>
# 13 aprel 2010 16:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, muğam ustası, “Şöhrət” və “İstiqlal” ordenli Əlibaba Məmmədovun 80 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, əvvəlcə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevanın yubilyara ünvanlandığı təbrik məktubu oxunub.

Yubiley mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva xanəndənin ən gözəl sözlərə və arzulara layiq olduğunu bildirib: “Əlibaba müəllim Azərbaycan musiqi sənətinin yaraşığıdır. Mədəniyyət aləmində böyük ənənələrin daşıyıcısıdır və bu ənənələri yaşadır. Əlibaba Məmmədovun bəstələri Azərbaycan musiqisinin incisidir”.

Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam etdirilib. Gənc ifaçılar Oksana Aslanova, Şahin Yaqubzadə, Sevda Nurəliyeva, Pərvin Məmmədov, Səidə İslamqızı, İlkin Əhmədov, Tamara Muradova, Tural Salmanov, Babək Niftəliyev, Rəvanə Ərəbova və başqalarının ifasında yubilyarın müəllifi olduğu mahnılar səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR